"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yong "Villarreal" – "Barcelona" qarşılaşmasının Mayamidə keçirilməsi ideyasına münasibət bildirib.


Offsideplus.az xəbər verir ki, o, bu fikri bəyənmədiyini bildirib: “Mən bu fikri bəyənmirəm. Klubları maliyyə baxımından başa düşürəm — bu onlara qazanc gətirir və brendlərini dünyaya tanıtmaq imkanı verir. Amma şəxsi fikrimcə, bunu etməzdim.” - deyə futbolçu qeyd edib.

O, həmçinin, açıqlamasına bunları əlavə edib: “Bu, futbolçular üçün yaxşı deyil. Biz onsuz da çox səyahət edirik. Bundan əlavə, bu, rəqabət baxımından da ədalətli deyil. Bizim üçün bu, neytral meydanda keçirilən səfər oyunu kimidir. Digər klubların da bu vəziyyətdən narazı olmasını tam anlayıram.”