Bu gün Misli Premyer Liqasında VIII tura start verilib.
Offsideplus.az xəbər verir ki, turun ilk oyunu Şamaxıda baş tutub.
Yerli komanda "Şəfa"nı qəbul edib.
Qonaqlar görüşdə 2:0 hesabı ilə önə keçsə də, sonda məğlubiyyətlə üzləşməli olublar.
"Şamaxı" 13 xalla turnir cədvəlində 5-ci yeri tutur. "Şəfa" isə 3 xalla 11-ci yerin sahibidir.
MPL, VIII tur
16 oktyabr (cümə)
15:00 “Şamaxı” – “Şəfa” 3:2
Qollar: Jota Oliveyra, 65', Həbib İsmayılov, 82', Rikardo Apolinario, 90+5' (penalti) - Elnur Cəfərov, 5', Rauf Hüseynli, 56'.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov
VAR: Elvin Bayramov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu


