Misli Premyer Liqasında VI tur bu gün başlayıb.
Offsideplus.az xəbər verir ki, günün ikinci oyunda "Qarabağ" "Şəfa"nı qəbul edir.
Görüş Bakı vaxtı ilə saat 19:45-də start götürüb.
Bir oyun az keçirən "Qarabağ" 10 xalla 3-cü yerdədir. Debütant "Şəfa" isə 3 xalla 10-cu yerin sahibidir.
19:45 “Qarabağ” 1:0 “Şəfa”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu


