“Futbolçularımı təbrik edirəm”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının III turunda “Sumqayıt“la oyundan sonra” Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

“Azlıqda qalsaq da, vacib 3 xal qazandıq. Bu gün rəqibimizi daha yaxından tanıdıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, hər zaman stadiona gəlib bizi dəstəkləyirlər.

Geri addım atmağın faydası var. Biz istəyərək geri addım atmalı deyilik. Rəqib bizə bunu vadar edir. Bəzən biz məcbur geri addım atırıq. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Ferqyuson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq".

Qurbanov Kadi Borqesin qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasına da münasibət bildirib:

"Tvente" ilə oyunda qırmızı vərəqə yox idi. Amma bugünkü epizodda qırmızı vərəqə verilməli idi. Kadi ilə söhbətim oldu. Nə qədər sakitləşdirməyə çalışsam da, futbolçularda belə emosional anlar olur”.

Qeyd edək ki, oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.