Misli Premyer Liqasında III tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçı Qəbələdə baş tutub.

Yerli komanda "Şamaxı"nı qəbul edib.

Matç qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra "Şamaxı" iki xalla 7-ci, meydan sahibləri bir xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında "Şəfa" "İmişli"ni qəbul edəcək.