Misli Premyer Liqasında II tur bu gün start götürüb.

Offsideplus.az xəbər verir ki, açılış oyunu Qəbələdə baş tutub.

Yerli komanda debütant "Şəfa"nı qəbul edib.

Görüşdə yeganə qola "Şəfa"nın futbolçusu Musa Quel imza atıb.

Beləliklə, "Şəfa" Premyer Liqada ilk xalını və qələbəsini qazanıb.

"Qəbələ" isə ikinci oyunda da məğlub olub.

Qeyd edək ki, "Sabah"ın Çempionlar Liqası, "Qarabağ"ın isə Konfrans Liqası matçları ilə əlaqədar müraciətindən sonra PFL II turun "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" oyunlarını təxirə salıb.

MPL, II tur

22 avqust (şənbə)

18:30 “Qəbələ” – “Şəfa” 0:1

Qol: Musa Quel, 69 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Qəbələ şəhər stadionu