Bu gün Misli Premyer Liqasında gələn mövsüm çıxış edəcək sonuncu komandanın adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, elitada qalmaq və ya oraya yüksəlmək uğrunda pley-off qarşılaşması keçirilib.
"Qəbələ" və "Mingəçevir" komandaları "SOCAR Polymer Arena"da qarşı-qarşıya gəlib. Görüşdə qələbə qazanan Kaxaber Tsxadadzenin komandası Premyer Liqada qalmağı bacarıb.
Həlledici matçda VAR sistemi də tətbiq olunub. Görüşün baş hakimliyini Tural Qurbanov yerinə yetirib.
Qeyd edək ki, "Qəbələ" geridə qalan mövsümdə Premyer Liqanı 11-ci sırada tamamlayıb. "Mingəçevir" isə I Liqada gümüş medallara sahib çıxaraq pley-offda oynamaq hüququ qazanıb.
28 may (cümə axşamı)
18:30 “Qəbələ” – “Mingəçevir” 2:0
Qollar: Ə.Eyyubov, 36. -avtoqol, Seydina Keyta, 45+5.
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze
“Mingəçevir”: 1. Orxan Sadıqlı 16. Fuad Bayramov 22. Elçin Mustafayev 60. Elmin Bayramov 4. Kənan Quliyev (k) 70. Nicat Məmmədov 10. Qabil Əlizadə 15. Seymur Məmmədov 32. Rəhim Cəfərli 33. Əkbər Eyubov 11. Kennet Kalunqa
Baş məşqçi: Ramiz Məmmədov
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“SOCAR Polymer Arena”


