Misli Premyer Liqasında XXXI turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu gün "Qəbələ"nin qonağı olub. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
"Qəbələ"nin artıq 11-ci pillədən qurtulmaq şansı azdır.
"Qarabağ" isə böyük ölçüdə 2-ci yeri təmin edib.
Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
MPL, XXXI tur
9 may (şənbə)
17:00 “Qəbələ” – “Qarabağ” 1:1
Qollar: İsmael Akinade, 57 - Kadi Borqes, 29.
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ şəhər stadionu


