Misli Premyer Liqasında az əvvəl başa çatan matçda "Sumqayıt" "Araz-Naxçıvan"ın qonağı olub.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında ilk qələbəsini qazanıb.
Görüşdə yeganə qolu penaltidən Ramon Maçado vurub
Bu nəticədən sonra komandaların xalları eyniləşib.
Hər iki komandanın aktivində 30 xal var.
Qeyd edək ki, "Neftçi" də eyni xala malikdir.
Misli Premyer Liqası, XX tur
15 fevral (bazar)
17:00. "Araz-Naxçıvan" - "Sumqayıt" 1:0
Qol: Ramon Maçado, 45+5 (penalti)
Qırmızı vərəqə: Aleksandr Ramalinqom ("Sumqayıt")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
"Liv Bona Dea Arena"


