Misli Premyer Liqasının XIX turunda bu gün "Turan Tovuz" Bakıda "Karvan-Yevlax"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi avqust ayından bəri davam edən qələbəsizlik seriyası bir oyun da artıb.
Kurban Berdıyevin komandası görüşün əvvəllərində vurduğu qolla 3 xalı aktivinə yazıb - 1:0.
Yeganə qola Alexandro Serrano imza atıb.
"Turan Tovuz" 33 xalla 3-cü, "Karvan-Yevlax' isə 6 xalla sonuncu - 12-ci yerdədir.
Misli Premyer Liqası, XIX tur
9 fevral (bazar ertəsi)
18:30. "Turan Tovuz" - "Karvan-Yevlax" 1:0
Qol: Alexandro Serrano, 15' (penalti)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
"Azersun Arena"


