Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyevin növbəti döyüşünün tarixi məlum olub.

Offsideplus.az xəbər verir ki, o, yanvarın 31-də UFC325 kartında döyüşəcək.

Onun rəqibi Maurisiu Ruffi olacaq.

R. Fiziyev oktyabrda Çarlz Oliveyra ilə döyüşməli oldu. Lakin o, zədəsinə görə oktaqona çıxa bilməyib.

Braziliyalı Ruffy indiyə qədər 14 döyüş keçirib. O, 12-də qələbə qazanıb, 2 dəfə isə məğlub olub.

O, son olaraq Benua Sen-Deniyə qarşı görüşdə məğlubiyyətlə üzləşib.