Çarlz Oliveyra təqaüdə çıxmağı düşünmür.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı döyüşçü hələ qarşıda çox döyüşünün olduğunu düşünür:
"İnsanlar məni mən istəməmişdən əvvəl təqaüdə çıxarmağa çalışırlar. Pensiya haqqında heç düşünməmişəm də. Təqaüdə çıxmaq istəyim yoxdur.
Mənim cəmi 35 yaşım var, hələ qarşıda çox şey var. Ona görə də təqaüd haqqında danışmağı dayandırın”.
Qeyd edək ki, Ç. Oliveyranın növbəti döyüşü həmyerlimiz Rafael Fiziyevə qarşı olacaq. Bu qarşıdurma oktyabrın 11-də, Rio de Janeyroda baş tutacaq.



