Bogdan Quşkov UFC-də Əbu-Dabidə keçirilən turnirdə Maqomed Ankalayevə uduzduqdan sonra ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Quşkov sosial şəbəkələrdə risk etmədiyi ilə bağlı yazılanlara belə cavab verib: "Çoxları şərhlərdə yazır ki, risk etmədim. Axı burada hansı riskdən söhbət gedir? Mən kontur zərbəyə getsəm, o məni vuracaq, mən isə yerə yıxılacağam... Xahiş edirəm, bu mövzunu bağlayaq. Onda da hamı yazacaq ki, 'Bax, nə etdiyinə bax, hamı bilirdi ki, o kontur zərbə ustasıdır'".

Qeyd edək ki, Quşkov bu döyüşdə zərbələr üzrə 45-156 hesabı ilə uduzub.