"Sabah" yeni transferini açıqlayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı forvard Frenki Fidler heyətə cəlb olunub.

Onunla 1 illik müqavilə imzalanıb.

201 sm boyunda olan Fidler NCAA karyerasına "Omaha Mavericks" komandasında başlayıb. Üç mövsüm ərzində komandanın əsas liderlərindən birinə çevrilən Frenki 2023/24 mövsümündə 20.1 xal, 6.3 ribaund və 2.6 asist ortalamaları ilə çıxış edərək First Team All-Summit seçilib.Daha sonra "Michigan State Spartans" formasını geyinərək NCAA-nın ən güclü konfranslarından biri olan "Big Ten" səviyyəsində mübarizə aparıb.

2025-ci ildə isə peşəkar basketbola keçid edən Fidler "Rīgas Zeļļi" ilə Avropada ilk mövsümünü keçirib. Fidler 2026-cı ilin yayında isə özünü NBA səviyyəsində də göstərmək şansı qazandı. Las Veqasda Portland forması ilə çıxış edən Fidler "Denver Nuggets"ə qarşı oyunda 16 xal və 5 ribaund toplayıb.