Azərbaycanlı MMA döyüşçüsü Məhəmməd Əli Osmanlı The Ultimate Fighter 34-də yarımfinal döyüşünə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Osmanlı yarımfinal mərhələsində ABŞ təmsilçisi Kristian Stronq ilə qarşılaşacaq. Həlledici görüşün qalibi turnirin finalına vəsiqə qazanaraq UFC müqaviləsi uğrunda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, Məhəmməd Əli Osmanlı 1/4 finalda Artem Belakh üzərində boğucu fəndlə (submission) qələbə qazanaraq növbəti mərhələyə yüksəlmişdi. Kristian Stronq isə Marvin Consu məğlub edərək yarımfinala adını yazdırıb.