UFC-nin 2026-cı il üzrə ilk böyük nömrəli turniri bu gecə ABŞ-ın Las Vegas şəhərində keçirilib.
Offsideplus.az xəbər verir ki, Bakı vaxtilə səhər saat altıda əsas kartın döyüşləri başlayıb.
"UFC-324" turnirin əsas döyüşündə yüngül çəki kəməri uğrunda Castin Qeyci ilə populyar britaniyalı Paddi Pimblett oktaqonda üz-üzə gəlib. 5 raund çəkən görüş Castinin qələbəsi ilə yekunlaşıb.
Gecənin ikinci əsas qarşılaşmasında Şan Omalli Sonq Yadonqu məğlub edib.
Qeyd edək ki, gələn həftəsonu keçiriləcək "UFC-325"də Rafael Fiziyev Maurisio Ruffi ilə üz-üzə gələcək.


