21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində Şotlandiya ilə heç-heçə edib: 3:3.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında komandamızın çalışdırıcısı Rəşad Eyyubov matçı şərh edib:

"Oyun çox çətin keçdi. Qələbəyə yaxın idik. Təəssüf ki, axırıncı dəqiqələrdə top buraxdıq. Uşaqlar meydanda vuruşdular. Doğrudan da çətin rəqibə qarşı mübarizə aparırdıq. Bizim oyun planımız vardı. Rəqibin hücuma keçəcəyini hiss edirdik. Reallığı başa düşməliyik ki, kimə qarşı oynayırıq. Rəqibin heyətində "Mançester Siti"dən, top klublardan oyunçu var. Biz bu gün iki xal itirdik".