Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.
"Ekspert rəyi" adlanan layihədə günün oyunu olan İslandiya - Azərbaycan matçına "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərini təqdim edirik:
1. Ekspert - Nurlan Valehoğlu
Oyun: İslandiya - Azərbaycan
Təxmin - Cüt şans - Bərabərlik və ya AZƏRBAYCAN - Əmsal, 2,38
"Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində maraqlı oyunlar keçiriləcək. Milli komandamız ilk oyununu səfərdə İslandiya yığmasına qarşı keçirəcək. Ada ölkəsinin son rəsmi oyunlarda nəticə baxımından çətinlik çəkdiyini görürük. Amma bizim millimizdə də durum ürəkaçan deyil. 10 oyundur qələbə üzünə həsrət qalmışıq. Fernandu Santuşun meydana minimum 1 xal üçün çıxacağını düşünürəm. Məncə, komandamız bu oyunda uduzmayacaq".
2. Eskpert - Tural Dadaşov
Oyun: İslandiya - Azərbaycan
Təxmin - Alt/Üst 2.5 - Alt 2.5 - Əmsal 1,87
"Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu səfərdə İslandiya yığmasına qarşı keçirəcək. Millimizin bu il keçirdiyi 4 oyunda 1 heç-heçə və 3 məğlubiyyəti var. İyunda keçirilən yoldaşlıq görüşlərində səfərdə Latviya ilə 0-0 hesablı heç-heçə edib, evdə Macarıstana 1-2 hesabı ilə məğlub olub. İslandiya mart ayında Millətlər Liqasında Kosovaya səfərdə 1-2, evdə 1-3 hesabı ilə uduzaraq C Divizionuna yuvarlanıb. İyundakı yoldaşlıq matçlarında Şotlandiyaya 3-1 hesabı ilə qalib gəlib, Şimali İrlandiyaya 0-1 hesabı ilə məğlub olub. Bu qarşılaşmadan məhsuldar hesab gözləntim aşağıdır və seçimim 2.5 alt nəticə olacaq".
Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz..



