Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün qrupda növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, millimiz Macarıstan kollektivini sınağa çəkib. Görüş saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu Xanım Əsədova vurub.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamız daha öncə Andorranı hər iki oyunda məğlub edib, Şimali Makedoniyaya qalib gəlib. Yığmamız səfərdə Macarıstana məğlub olaraq 9 xalla ikinci yerdədir. Lider macarların 10 xalı var.
Qeyd edək ki, millimizin növbəti matçı səfərdə Şimali Makedoniyaya qarşı olacaq.
DÇ-2027, seçmə mərhələ
18:00 Azərbaycan - Macarıstan 1:2
Sumqayıt, Mehdi Huseynzadə adına stadion


