Əfsanəvi futbolçu Dieqo Armando Maradona yenidən "yaşıl meydançalar"a qayıdır.

Offsideplus.az xəbər verir ki, futbol həvəskarları argentinalı ulduzu yalnız videooyunlarda görə biləcəklər. Belə ki, məşhur idman oyunları tərtibatçısı EA Sports yenidən mərhum futbolçunun müəlliflik hüquqlarını əldə edib. Maradona 3 illik fasilədən sonra ən geniş yayılmış Ultimate Team rejimində "mübarizəyə qoşulacaq".

Argentinalı hücumçunu 2022-ci ildə videoyunlardan ixtisara salmışdılar. EA Sports rəhbərliyi yalnız bu gün ulduz futbolçunun keçmiş meneceri ilə müəllif hüquqları məsələlərində razılığa gəliblər.

Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında dünyasını dəyişib.