Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanını "Əl-Nəsr" klubunun üzvü Kriştianu Ronaldu 2024-cü ildə ən çox qazanan idmançı statusuna yiyələnib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı futbolçunun qazancı 260 milyon dollar təşkil edib. O, yaşıl meydançalarda ən çox müqayisə olunduğu argentinalı Lionel Messinin göstəricisini təxminən iki dəfə qabaqlayıb.
2024-cü ildə ən çox qazanan idmançılar:
1. Kriştianu Ronaldu (futbolçu) - 260 milyon dollar
2. Stefen Karri (basketbolçu) - 153,8 milyon dollar
3. Tayson Fyüri (boksçu) - 147 milyon dollar
4. Lionel Messi (futbolçu) - 135 milyon dollar
5. Lebron Ceyms (basketbolçu) - 133,2 milyon dollar
6. Neymar (futbolçu) - 133 milyon dollar
7. Aleksandr Usik (boksçu) - 122 milyon dollar
8. Kərim Benzema (futbolçu) - 116 milyon dollar
9. Kilian Mbappe (futbolçu) - 110 milyon dollar
10. Con Ram (qolfçu) - 105,8 milyon dollar



