"Yamalın "El Klasiko"ya hazır olub-olmayacağını bilmirəm".

Offsideplus.az xəbər verir ki, bunu "Barselona"nın baş məşqçisi Hansi Flik deyib. 

"Bu, mürəkkəb zədədir, onun iki və ya üç həftəyə oynaya biləcəyini söyləmək asan deyil. Biz bunu addım-addım izləyəcəyik".

Qeyd edək ki, "Real Madrid" - "Barselona" oyunu oktyabrın 26-da baş tutacaq. Yamal isə ötən gün sıradan çıxıb. Onun ən az 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.