"Real Madrid" klubu Qonzalo Qarsiya ilə yeni müqavilə imzalanması üçün danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, "Kral klubu" gənc hücumçu ilə bağlı qərarını iyul ayından verib. 21 yaşlı forvard klublararası dünya çempionatında uğurlu çıxışı (6 oyuna 4 qol və 1 assist) sayəsində turnirin bombardiri olmuşdu. Bu isə Madrid təmsilçisinin rəhbərliyini və məşqçi heyətini razı salıb.
Qonzalo da komandada qalmaq və əfsanəvi "9" nömrəli formanı geyinmək istəyir.
Qeyd edək ki, Q.Qarsiyanın klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.



