"Barselona" bu yay heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "Atletik"dən Niko Vilyamsla əlaqəyə keçib. Gənc ulduz karyerasını "Barselona"da davam etdirməyə razıdır və bu yay Hansi Flikin komandasına keçmək istəyir. 

Qeyd edək ki, 22 yaşlı vinger "Bavariya" və "Arsenal" klublarının da transfer siyahısındadır. 70 milyon avro qiyməti olan Niko Vilyams cari mövsüm bütün turnirlər üzrə 45 oyuna çıxıb, 11 qol və 7 məhsuldar ötürməyə imza atıb. Onun "Atletik"lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.