İspaniyanın sabiq qapıçısı Santyago Kanisares Ferran Torresin "Barselona"dan ayrılmaq ehtimalı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçunun transferi ilə bağlı "PSJ" danışıqlar aparır. Kanisares bildirib:

"Məni təəccübləndirən odur ki, onlar Ferrana çox az inanır və təklif gəldiyi halda onu satmağa hazırdırlar. O, dəfələrlə "Barselona" üçün nə qədər faydalı olduğunu sübut edib. Elə bir vaxtda ki, mənim fikrimcə, o, həm dəyərli oyunçudur, həm də komandaya ən çox xeyir verir, ona ən az etibar edirlər. Bunu başa düşə bilmirəm".