"Real Madrid" klubunun prezidenti Florentino Perez söz verdiyi kimi 150 milyon avro məbləğində transfer təklifini irəli sürdü.
Offsideplus.az xəbər verir ki, "Kral klubu" ötən gün rəsmən "Atletiko"nun oyunçusu Xulian Alvarezə təklif göndərdi. Rəsmi bəyanatda 150 milyon avroluq təklifin olunduğu, lakin "matrosçular"ın geri çevirdiyi açıqlandı. Klub bəyanatında argentinalı futbolçunun satılmadığını bildirdi.
İspaniya mətbuatı "Real Madrid" klubunun bu addımının "Barselona"nı Alvarezi transfer etməkdən yayındırmaq məqsədində olduğunu qeyd edir. Belə ki, Kataloniya təmsilçisi daha az məbləğə oyunçunu heyətinə qatmağı planlaşdırırdı. "Real Madrid"in 150 milyon avroluq təklifini geri çevirən "Atletiko" isə növbəti təklif göndərən klublara daha yüksək məbləğ deməli olacaq.


