"Real" baş məşqçi Alvaro Arbeloa ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Klub Arbeloaya xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, Arbeloa bu ilin yanvarında komandanın sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında komanda çıxdığı 28 rəsmi matçda 18 qələbə qazanıb, 2 heç-heçə edib və 8 dəfə məğlub olub.


