II Liqada mübarizə aparan "Hypers Guba"nın futbolçusu Ağabəkir Həşimli AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifisakiyaya məruz qalıb.

Offsideplus.az xəbər verir ki, buna oyunçunun II Liqanın XXVI turunda “Araz Saatlı”ya qarşı matçda etdiyi hərəkətlər səbəb olub.

O, matçın 68-ci dəqiqəsinə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibini vurub. 

AFFA İntizam Komitəsi bütün turnirlər daxil olmaqla (o cümlədən pley-off) 5 oyunluq cəza ilə yanaşı, “Hypers Guba”nı 300 manat cərimələyib.

Həmin epizodda hadisələrin mərkəzində yer alan “Araz Saatlı”nın futbolçusu Rəsul İbrahimova isə 4 oyun cəza kəsilib, onun klubu 300 manat cərimə edilib.

Bundan başqa, "Hypers Guba" "Araz Saatlı"nın stadionunda əmlaka dəymiş zərəri ödəməlidir.