Bu gün şahmat üzrə Avropa çempionatı yekunlaşacaq.
Offsideplus.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kişi yığmamız bu gün Avropa çempionluğunu elan edə bilər. Onlar Serbiyanı məğlub etsə, 2009, 2013 və 2017-ci ildən sonra 4-cü dəfə bunu bacaracaqlar.
Qadınlardan ibarət milli komandamız isə medal şansını itirib. Onlar hazırda 10 xalla 6-cı yerdədir. Turnirdəki son rəqibləri isə Polşa yığması olacaq.



