Bu gün Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatının C qrupunda II turun görüşlərinə start verilib.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə voleybolçu qadınlarımız İspaniya seçməsi ilə qüvvəsini sınayın.

Millimiz rəqibinə heç bir şans tanımayıb - 3:0 (25:16, 25:22, 25:15).

Qrupun digər oyununda isə Portuqaliya və Belçika komandaları üz-üzə gələcəklər. Belçika set vermədən qələbə qazanıb - 3:0.

Azərbaycan 6 xalla iki turdan sonra C qrupunda liderdir.

Qeyd edək ki, C qrupunun qarşılaşmaları avqustun 28-dək paytaxtımızda davam edəcək.

Reqlamentə əsasən, qrup mərhələsini ilk 4 sırada tamamlayan yığmalar pley-offa vəsiqə əldə edəcəklər.