"Lerik" klubu futbol üzrə Azərbaycan II Liqasında pley-off oyununda nominal meydan sahibi olub.
Offsideplus.az xəbər verir ki, bu, Peşəkar Futbol Liqasında (PFL) bu gün keçirilən püşkatma mərasimi zamanı müəyyənləşib.
Tədbirə PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Lerik”in nümayəndəsi Bəxtiyar Əliyev və “Şirvan” klubun meneceri Mirəmin Məmmədov qatılıb.
"Lerik" - "Şirvan" matçı mayın 29-da “ASCO Arena”da keçiriləcək. Oyun saat 16:00-da start götürəcək.
Qeyd edək ki, 2024/2025 mövsümündə II Liqada 13-cü yeri tutmuş "Lerik" yerini qorumağa çalışacaq. "Şirvan" isə AFFA Region Liqasının 2-cisi kimi II Liqaya vəsiqə qazanmağa iddialıdır.



