Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında 6-cı yarış günü baş tutub.
Offsideplus.az xəbər verir ki, bu gün qadın güləşi üzrə mübarizəyə yekun vurulub. Günay Qurbanova (59 kq) italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub. Təmsilçimiz bu gün 18-ci doğum gününü qeyd edib.
İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.



