Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turniri Azərbaycan güləşçiləri üçün uğurlu nəticələrlə başa çatıb.
Offsideplus.az xəbər verir ki, idmançılarımız turnirdə 13 medal qazanıb.
Qazanılan medallardan 3-ü qızıl, 4-ü gümüş, 6-sı isə bürüncdür. Turnirin son günündə daha 4 təmsilçimiz fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Tural Əhmədov (63 kq) rəqiblərinə heç bir şans verməyərək qızıl medala sahib çıxıb. Sərbəst güləşçilərimizdən Bəşir Verdiyev (65 kq) və Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov (125 kq) isə bürünc medalı aktivinə yazdırıb.
Komanda hesabında da millimiz fərqlənməyi bacarıb. Sərbəst güləş yığmamız 119 xal toplayaraq turniri 3-cü pillədə başa vurub.


