Türkiyənin Antalya şəhərində aşağı yaşlı futbolçulardan ibarət komandalar arasında “Junior World Cup” beynəlxalq turniri keçirilir.

Offsideplus.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Sabah” klubunun U-13 kollektivi ötən gün İngiltərənin "Mançester Siti"kollektivi ilə qarşılaşıb

Görüş “Mançester Siti”nin qələbəsi ilə başa çatıb - 5:3. "Bayquşlar"dan Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.

Həmin qolları sizə təqdim edirik: