"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova yığmasına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli çərçivə qoruyucusu oktyabrın 9-u Rumıniya ilə yoldaşlıq, eləcə də ayın 14-də Estoniya ilə seçmə mərhələ oyununda milli komandasına kömək etməyə çalışacaq.

O, indiyə qədər 15 oyunda Moldovanın qapısını qoruyub.