"Liverpul"un ulduzu özünü Luka Modriçlə eyni səviyyədə gördüyünü bildirdi.
Offsideplus.az xəbər verir ki, söhbət 25 yaşlı yarımmüdafiəçi Dominik Şobozlaidən gedir.
TikTok-da məşhur kanal Macarıstan millisinin üzvünü oyuna dəvət edib. Oyunda Şobozlai müxtəlif məşhur yarımmüdafiəçilər arasında hansının daha yaxşı olduğunu seçməli olub.
Oyun zamanı Eduardo Kamavinga, Federiko Valverde, Vitinya, Cennaro Qattuso, Andrea Pirlo və Andres Iniestanın adları çəkilib, lakin ən çətin seçim sonuncu ikili olub. O an Şobozlaidən soruşulub:
“Dominik Szoboszlai yoxsa Luka Modriç?”
Bir neçə saniyə düşündükdən sonra futbolçu cavab verib:
“İkisi də eyni səviyyədədir.”
Ümumilikdə isə onun öncəki seçimləri bu cür olub:
-
Valverde yoxsa Kunya? Valverde
-
Valverde yoxsa Vitinya? Valverde
-
Valverde yoxsa Odeqaard? Valverde
-
Valverde yoxsa De Yonq? Valverde
-
Valverde yoxsa Modriç? Modriç
-
Modriç yoxsa Iniesta? Modriç
-
Modriç yoxsa Pirlo? Modriç
-
Modriç yoxsa De Bruyne? Modriç
-
Modriç yoxsa Qattuso? Modriç




