FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.
Elçin Məsiyevə Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benua Millo və Metyu Vernis olacaq.
Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən "Daryus və Qirena" stadionunda keçiriləcək.



