“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro milli komandasına dəvət alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yankoviç yığma komandanın heyətində DÇ-2026-nın seçmə mərhələsində Çexiya və Xorvatiyaya qarşı oynayacaq.
Qeyd edək ki, Monteneqro milli komandası sentyabrın 5-də Çexiya, 8-də isə Xorvatiya ilə qarşılaşacaq.



