Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – Avstriya görüşünün hakim-inspektoru olacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Oyun sentyabrın 8-də Gürcüstanın Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.



