UEFA Çempionlar Liqasında gecənin oyunları başa çatdı. 

Offsideplus.az xəbər verir ki, bununla da, play-off mərhələsinə yükun vuruldu və Liqa mərhələsinin bütün klubları bəlli oldu.

Məhz bundan sonra UEFA reytinqində dəyişikliklər baş verdi.

Bu dəyişikliklərdən biri də Azərbaycan ilə bağlıdır. Ölkəmiz cədvəldə 28-ci pillədən 26-cı pilləyə irəlilədi.