Azərbaycan avrokuboklarda mübarizəyə 4 komanda ilə başlamışdı.
Offsideplus.az xəbər verir ki, dünən etibarilə yalnız 1 təmsilçimiz mübarizəyə davam edir - "Qarabağ".
Bu həftə yalnız "köhlən atlar" Azərbaycana xal qazandıra bilib. Həm "Sabah", həm də "Araz-Naxçıvan" məğlub olaraq mübarizəni dayandırıb.
Azərbaycan hazırda 19 min 250 xalla 28-ci yerdədir. Bizdən öndəki Ukraynanın 19 min 725 xalı var.
Bolqarıstan isə Rusiyanı keçərək 29-cu sıraya yüksəlib. Onlar 18 min 375 xala malikdir.



