Ukraynanın “Şaxtyor” klubu Arda Turanın baş məşqçi təyinatına işarə edən diqqətçəkici video yayımlayıb.
Offsideplus.az xəbər verir ki, Donetsk təmsilçisinin rəsmi sosial şəbəkə hesabında paylaşılan videoda komandanın futbolçusu Yuxim Konoplya ilə satıcı qız arasında maraqlı dialoq yer alıb.
Futbolçunun “Paralel” adlı kafedə dedikləri diqqətdən yayınmayıb:
– Günortanız xeyir! Zəhmət olmasa, bir hot-doq və türk qəhvəsi verə bilərsiniz?
Satıcı isə cavabında bildirib:
– Təəssüf ki, türk qəhvəsi yoxdur. Amma tezliklə gətirəcəklərinə söz veriblər.
Daha sonra Konoplya bananlı süd ilə late sifariş edir və dialoq bu sözlərlə tamamlanır:
– “Paralel”də görüşənədək!
Sosial şəbəkələrdə yayılmış bu video Arda Turanın yaxın günlərdə “Şaxtyor”a baş məşqçi təyin olunacağı ehtimallarını artırıb.
Qeyd edək ki, hazırda “Eyüpspor”la yollarını ayırmağa hazırlaşan Arda Turanın Ukrayna klubu ilə danışıqlar apardığı iddia olunur.



