Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 4-cü tura start verilib.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Zaqatala" "Karvan"la 2:2 hesablı bərabərə qalıb. "Difai Ağsu" isə "Qaradağ Lökbatan"ı qəbul edib və 0:1 hesabı ilə uduzub. "Karvan" 8 xalla (4 oyun) 1-ci pilləyə yüksəlib. 3 oyundan 7 xal yığan "Şamaxı" 2-ci pillədə qərarlaşıb. MOİK 7 xalla (3 oyun) 3-cüdür.
Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək.
4 oktyabr (çərşənbə)
15:00. “Zaqatala” – “Karvan” - 2:2
Qollar: Uensley Ondo, 19-avtoqol (1:0), Bəhruz Teymurov, 43 (2:0), Petr Kinqs, 86 (2:1), 88 (2:2)
Qırmızı vərəqə: Rüstəm Nuruyev, 64 ("Zaqatala")
Zaqatala OİK stadionu
15:30. “Difai Ağsu” – “Qaradağ Lökbatan” - 0:1
Qol: Seyxan Fərəcov, 27-pen.
Ağsu şəhər stadionu
5 oktyabr (cümə axşamı)
13:00. “İrəvan” – “Araz Saatlı”
“ASK Arena”
15:00. MOİK – “Şamaxı”
Binə qəsəbə stadionu
15:30. “Mingəçevir” – “İmişli”
Y. Məmmədzadə adına Mingəçevir şəhər stadionu



