PSJ-in baş məşqçisi Luis Enrike komandasının "Aston Villa" ilə Avropa Superkuboku qarşılaşmasına hazırlığı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Enrike fiziki hazırlıq baxımından müəyyən çətinliklərin olduğunu bildirib. "Keçən il də xüsusi şərtlər var idi, bu il də eyni vəziyyət yaşanır. Hazırlıq prosesində hər bir oyunçunun yükünü düzgün bölüşdürmək çətindir. Əlimizdən gələni edəcəyik ki, ən yüksək səviyyədə olaq, amma bu asan deyil. Mövsümə ağıllı şəkildə hazırlaşırıq ki, ən yaxşı formamıza mövsümün sonunda çataq, başlanğıcda yox. Bu, həqiqətən də qeyri-adi bir vəziyyətdir, çünki bazar ertəsinə qədər milli komandaların oyunçuları ixtiyarımda deyildi. Bunu qəbul edirik, ən yaxşı şəkildə hazırlaşırıq, amma bu oyunun hansı səviyyədə keçəcəyini proqnozlaşdırmaq çox çətindir. Özümüzü yaxşı tərəfdən göstərmək bizim üçün çox vacibdir, lakin hazırlıq baxımından xüsusi bir şey yoxdur", – deyə Enrike vurğulayıb.


