"Kolumbus Kryu"da forma geyinən Nəriman Axundzadə Leo Messiyə qarşı oynaya bilər.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz "İnter Mayami" klubunda məşqlərə qoşulub və yenidən MLS-də çıxış etməyə hazırlaşır. Komanda növbəti oyununu avqustun 2-də "Kolumbus Kryu"ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 03:30-da başlayacaq.
Qeyd edək ki, Nəriman Axundzadə "Kolumbus Kryu"da 10 oyuna çıxıb, 1 assistə imza atıb.


