İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill Danni Uelbekin 2014-cü ildə "Arsenal"a satılmasını klub üçün böyük səhv adlandırıb.
Offsideplus.az xəbər verir ki, Nevill bu barədə fikirlərini belə ifadə edib: "On il əvvəl demişdim ki, 'Mançester Yunayted' heç vaxt Danni Uelbeki satmamalı idi. O, klubdan ayrıldı və parlaq nəticələr qazandı. Karyerasının sonuna yaxın meydanda az vaxt keçir, amma o, fantastik oyunçudur. Onunla həm komanda yoldaşı, həm də İngiltərə millisində məşqçi kimi çalışmışam, milli komandada da əla təsir bağışlayıb. Premyer Liqada da özünü yaxşı göstərib. Bu, 'Çelsi' üçün uğurlu addımdır və o, hücumda real seçim olacaq".
Nevill əlavə edib ki, son 3-5 ildə 'Çelsi'də təcrübəli futbolçular çatışmırdı və Uelbeklə yanaşı, Cordan Hendersonun da komandaya qoşulması nizam-intizam baxımından önəmli olacaq.


