Lionel Messi DÇ-2026-dan sonra "İnter Mayami"nin düşərgəsinə qayıdıb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçu 29 iyul, çərşənbə günü komanda ilə məşq edib.
Florida təmsilçisi növbəti oyununu 2 avqusta keçən gecə MLS-in müntəzəm çempionatı çərçivəsində "Kolambus Kryu"a qarşı keçirəcək.
Bu mövsüm Messi MLS-də 14 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


