Futbol dünyasında bütün dövrlərin ən məhsuldar oyunçularının siyahısı yenilənib.

Offsideplus.az xəbər verir ki, "Qol + Məhsuldar ötürmə" (Q/A) statistikasının əsas götürüldüyü reytinq cədvəli, tarixin ən böyük ulduzlarının yaşıl meydanlardakı mütləq dominantlığını ortaya qoyur.

Siyahının bir nömrəsi argentinalı əfsanə Lionel Messidir. O, karyerası ərzində birbaşa 1311 qol fəaliyyətində birbaşa iştirak edərək (qol və məhsuldar ötürmə cəmi) əlçatmaz bir rekorda imza atıb. Onu əzəli rəqibi, Portuqaliya ulduzu Kriştiano Ronaldo izləyir. Ronaldo karyerası boyu 1228 qol + məhsuldar ötürmə ilə ikinci pillədə qərarlaşıb.

Siyahının ilk onluğunda futbolun qızıl dövrünün nümayəndələri ilə müasir dövrün bombardirləri yan-yana yer alıb:

  • 3-cü yer: Braziliya əfsanəsi Pele – 1121 Q/A

  • 4-cü yer: Macarıstanlı dahi Ferents Puşkaş – 1119 Q/A

  • 5-ci yer: Polşalı qol maşını Robert Levandovski – 952 Q/A

  • 6-cı yer: Uruqvaylı "Pistolero" Luis Suares – 941 Q/A

  • 7-ci yer: Tarixin ən böyük bombardirlərindən Yozef Biçan – 933 Q/A

  • 8-ci yer: Braziliyalı Romario – 925 Q/A

  • 9-cu yer: Niderland futbolunun siması Yohan Kroyff – 851 Q/A

  • 10-cu yer: Almaniya əfsanəsi Qerd Müller – 841 Q/A


Siyahıda Neymar (730 Q/A), Kərim Benzema (751 Q/A) və Zlatan İbrahimoviç (741 Q/A) kimi yaxın keçmişin ulduzları ilk 20-likdə yer alırlar. Gənc nəslin nümayəndələrindən Kilian Mbappe artıq 603 qol fəaliyyəti ilə siyahının 39-cu pilləsinə qədər yüksəlib ki, bu da onun gələcəkdə Messi və Ronaldonun rekordlarına təhlükə yaradacağından xəbər verir.

Xüsusi qeyd etmək lazımdır ki, "Fənərbağça"nın unudulmaz kapitanı Aleks de Souza da 715 qol + məhsuldar ötürmə ilə siyahının 18-ci pilləsində qərarlaşaraq adını dünya futbol tarixinə qızıl hərflərlə yazdırıb.

Mətn şəklində təqdim olunan siyahıya görə, Lionel Messi (1311), Kriştiano Ronaldo (1228), Pele (1121), Ferents Puşkaş (1119), Robert Levandovski (952), Luis Suares (941), Yozef Biçan (933), Romario (925), Yohan Kroyff (851), Qerd Müller (841), Alfredo Di Stefano (831), Cimmi Cons (802), Ziko (781), Ab Lenstra (757) və Kərim Benzema (751) futbol tarixinin ən təhlükəli hücumçu və yaradıcılarıdır.