"Perplexity" süni intellekt platforması futbolun sadəcə idman deyil, həm də böyük bir ehtiras olduğu ən yaxşı 10 ölkənin siyahısını hazırlayıb.
Offsideplus.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, azarkeşlərin sadiqliyi və oyun atmosferinə görə Cənubi Amerika ölkələri liderliyi qoruyur.
Siyahıya son dünya çempionu Argentina başçılıq edir. Futbolun "dini" hesab olunduğu bu ölkədə azarkeş mədəniyyəti bir nömrə seçilib. İkinci yerdə isə "sambaçılar"ın vətəni Braziliya qərarlaşıb.
Siyahının ən diqqətçəkən məqamı Türkiyənin 3-cü pillədə yer almasıdır. Türk azarkeşlərin stadionlarda yaratdığı möhtəşəm ab-hava və futbola olan sonsuz sevgisi bir çox Avropa nəhəngini üstələməsinə səbəb olub.
Süni intellektin tərtib etdiyi "ən tutqulu 10 futbol ölkəsi" aşağıdakı kimidir:
- Argentina
- Braziliya
- Türkiyə
- İtaliya
- Mərakeş
- Meksika
- İngiltərə
- Almaniya
- Fransa
- İspaniya
Maraqlıdır ki, siyahıda Afrika qitəsini son illərdəki yüksəlişi ilə diqqət çəkən Mərakeş təmsil edir.
Futbolun vətəni sayılan İngiltərə və intizamlı futbolu ilə seçilən Almaniya isə Türkiyədən daha aşağı pillələrdə qərarlaşıblar.


