PSJ klubu Vilyan Paço ilə yeni müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, ekvadorlu müdafiəçinin sözləşməsi 2030-cu ilin yayına qədər uzadılacaq. Onun məvacibi də artırılacaq.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Paço ötən ilin yayında PSJ-yə transfer olunub. O, Çempionlar Liqasını qazanan komandanın əsas üzvlərindən biri idi.



